Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək.
"APA-Economics" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, müayinələr yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə gecə saatlarında, saat 01:00-dan 05:00-dək aparılacaq.
Müayinələrin keçiriləcəyi ünvanlar və tarixlər aşağıdakılardır:
- 26 sentyabr - Zabrat-Maştağa yolu, texniki baxış məntəqəsinin yanı;
- 27 sentyabr - Sabunçu rayonu, E. Mehdiyev küçəsi, “Bakıxanov” yolötürücüsü;
- 3 oktyabr - Nizami rayonu, M. Əliyev küçəsi, “Dakar” dairəsi;
- 4 oktyabr - Ziya Bünyadov prospekti, “Çermet” yolötürücüsü;
- 10 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, Ekologiya postu;
- 11 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı.
AAYDA bildirib ki, instrumental müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması məqsədi daşıyır.