Bank Of Baku

Bu il tikilən və təmir edilən məktəb binalarının sayı açıqlanıb

Emin Əmrullayev, elm və təhsil naziri

© APA | Emin Əmrullayev, elm və təhsil naziri

# 20 noyabr 2024 14:45 (UTC +04:00)

2024-cü il ərzində 33 məktəb binası tikilib və ya təmir edilib.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, azad edilmiş ərazilərdə 5 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb: "Növbəti ildə məktəbəqədər təhsillə bağlı 467,4 milyon manat vəsait nəzərdə tutulub. 5 yaşlı uşaqların məktəbəhazırlığa cəlb edilməsi 87 %-ə çatıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR