Bank Of Baku

Dövlətə məxsus helikopterlər 50% endirimlə hərraca çıxarılır

Dövlətə məxsus helikopterlər 50% endirimlə hərraca çıxarılır
# 12 oktyabr 2022 14:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 15-i keçiriləcək hərracda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 3 helikopter satışa çıxarılacaq.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, 5-ci dəfə təkrar hərraca çıxarılan 3 helikopteri AZAL 50% endirimlə təklif edir və ilkin satış qiyməti 1 mln. manatdır.

Məlumata görə, 2 “Airbus Helicopters EC-155B1” 2005, “Airbus EC-135P2” isə 2009-cu ilin buraxılışıdır.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər qiymətin 10%-i məbləğində behi ödəməklə hərracda iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR