Bank Of Baku

Füzulidə Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb

Füzulidə Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb
# 22 oktyabr 2022 13:21 (UTC +04:00)

Füzuli rayonunun Horadiz şəhəri və bir sıra kəndləri ilə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqanda yerləşən xidmət mərkəzi arasında məsafənin uzaq olduğunu nəzərə alaraq, Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yeni mərkəzin yaradılması vergi ödəyicilərinin işini asanlaşdırmaqla yanaşı, Füzuli rayonunda iqtisadi canlanmanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR