Paşha Bank
Bank Of Baku

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb
# 19 oktyabr 2026 16:41 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 149,6 milyon ABŞ dolları dəyərində 4 336 ədəd minik avtomobili ixrac olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Avtomobillərin dəyəri ötən ilin eyni dövrünə nisbətdə 12,26%, sayı isə 2 031 ədəd və yaxud 31,9% azalıb.

Hesabat dövründə Gürcüstandan ixrac olunmuş minik avtomobillərinin ümumi sayı 63 141 ədəd, ümumi dəyəri isə 1 milyard 529 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 6,87%-i Azərbaycana yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR