Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin qiymətinin yuxarı həddi tənzimlənib

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin qiymətinin yuxarı həddi tənzimlənib
# 30 iyun 2024 21:11 (UTC +04:00)

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

APA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları QSC-dən APA-ya bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb.

Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR