"İctimai nəqliyyat, bu tip fəaliyyətin dövlət sektoruna verilməsini bir neçə dəfə sınamışıq və görürük ki, dövlət bəzən çox yaxşı idarəedici olmur".
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, bəzi hallarda böyük investisiyalar qoyulur, lakin bunun növbəti mərhələdə özəl sektor tərəfindən idarə olunması bəlkə də daha yaxşıdır.
“Amma mütləq qaydada tənzimləyici olaraq tələblər qoyulmalıdır. Sürücülər, nəqliyyat vasitələri, qaraj sistemi ilə bağlı mütləq tələblər olmalıdır. Azərbaycanda daşıyıcıların böyük əksəriyyəti, 96%-i fiziki şəxslərdir. Belə olan halda avtobusların tək-tək idarə olunması nə dərəcədə səmərəlidir?”, - nazir müavini əlavə edib.