Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 290,5 min ton olub, bu da illik müqayisədə 22,7% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 17 895,6 min tonu və ya 53,7%-i avtomobil nəqliyyatı, 10 975,6 min tonu və ya 33%-i dəmir yolu nəqliyyatı, 4 419,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4%i və ya 9129,8 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.