Bank Of Baku

2019-cu ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 mln. nəfərə çatacaq

2019-cu ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 mln. nəfərə çatacaq
# 28 sentyabr 2015 08:48 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin zərfində yer alan məlumatda bildirilir.

 

Məlumata əsasən, gələn il ölkədə mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 728,9 min nəfər olacağı proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 90,5 min nəfər və ya 0,85% çoxdur.

 

2017-ci ildə ölkədə mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 817,6 min nəfər olması planlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 84,7 min nəfər və ya 0,78% çoxdur.

 

2018-ci ildə isə Azərbaycanda mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 892,5 min nəfər olması nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 78,9 min nəfər və ya 0,73% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR