Bank Of Baku

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "BakuBus"ın avtobuslarının hərəkət istiqaməti dəyişir

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "BakuBus"ın avtobuslarının hərəkət istiqaməti dəyişir
# 19 yanvar 2016 08:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

"BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın “APA-Economics”ə verdiyi xəbərə görə, buna müvafiq olaraq "BakuBus"a məxsus avtobusların hərəkət istiqamətində də dəyişiklik olacaq.

 

“Şəhidlər Xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus"a məxsus 3 və 6 saylı marşrut xətlərimiz Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcəklər”, - deyə N.Allahyarova bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR