Bakı. APA-Economics. Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən “Azərsun Holdinq” növbəti dəfə uğurlu bir layihəni reallaşdırmaq üzrədir.
“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, şirkət Biləsuvardakı müəssisələrində çalışan kənd sakinlərinin sağlamlığının təmin edilməsinə öz töhfəsini vermək məqsədi ilə İmişlinin Hacı Rüstəmli kəndində xəstəxana inşa edir. “Azərsun Holdinq”in vitse-prezidenti Tahir Gözəlin dəstəyi ilə yaradılan bu səhiyyə ocağında tikinti işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yeni tikilən kənd xəstəxanası istifadəyə yararsız vəziyyətdə olan köhnə tibb mərkəzinin yerində olmaqla yenidən tikilir. Yeni xəstəxananın tikintisinin bütün xərclərini “Azərsun Holdinq” öz üzərinə götürüb.
Qeyd edək ki, kənddə fəaliyyət göstərəcək xəstəxana müasir tələblərə cavab verəcək və insanlar uzun yol qət etmədən öz sağlamlıqlarının qeydinə qala biləcəklər.