Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” fəxri diploma layiq görülüb.
“APA-Economics”in verdiyi xəbərə görə, “İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması sahəsində səmərəli fəaliyyətə görə” əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən təqdim olunan diplom Korporasiyanın Baş direktoru Göksel Aybek tərəfindən qəbul edilib.
Beləliklə, “Akkord STİK” ASC-nin daim yüksək beynəlxalq standartlara istiqamətlənən, “hər şey insan üçün” fəlsəfəsinə söykənən mütərəqqi fəaliyyəti növbəti dəfə layiqli qiymətini alıb.