Bank Of Baku

“Asan İmza” BMT-nin Kolumbiyada keçirilən forumunda təqdim edilib - FOTO

“Asan İmza” BMT-nin Kolumbiyada keçirilən forumunda təqdim edilib - <span style="color: red;">FOTO
# 24 iyun 2015 20:55 (UTC +04:00)

APA-nın məlumatına görə, Forumun keçirilməsində əsas məqsəd BMT-yə üzv ölkələrin dövlət xidmətlərinin göstərilməsi sahəsindəki qabaqcıl və uğurlu təcrübələrinin təqdim edilməsindən ibarətdir. Üc gün davam edəcək forumda Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbir çərçivəsində “ASAN Xidmət” BMT-nin 2015-ci il üzrə Dövlət Xidmətləri Mükafatı ilə (United Nations Public Service Award 2015) təltif ediləcək. Qeyd etmək lazımdır ki, 638 nominasiya üzrə təmsil olunan 71 ölkə arasında cəmi 18 ölkə ali mükafata layiq görülüb.

 

Forumun ilk günündə baş tutmuş açılış tədbirində BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN Xidmət”in təcrübəsi barədə çıxış edən İnam Kərimov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Bu islahatların tərkib hissəsi olan “ASAN Xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər – xüsusilə “Asan İmza” mobil elektron imza və “Asan Ödəniş” çoxfunksiyalı elektron ödəniş və inzibati cərimələr barədə məlumatlandırma sistemi haqqında geniş təqdimat edilib. Qeyd edilib ki, son iki il ərzində ölkədə “ASAN Xidmət” şəbəkəsi vasitəsilə 5 mln. vətəndaşın müraciəti təmin edilmişdir, bu da bu dövlət xidmətlərinin təqdim edilməsi sahəsində tətbiq edilən bu modelin yüksək səmərəli fəaliyyətinin göstəricisidir.

 

Vurğulanıb ki, Azərbaycanda elektron hökumətin inkişafının geniş vüsət alması və “Asan İmza” kimi qabaqcıl texnoloji həllərin mövcudluğu birbaşa mobil cihazlar vasitəsilə dövlət xidmətlərindən yararlanmağa imkan verən mGov (mobil hökumət) konsepsiyasına keçid üçün möhkəm zəmin yaradır. “Azərbaycanda heç bir dövlət idarəsinə getmədən mobil telefondan istifadə edərək cəmi 5 dəqiqə ərzində şirkət yaratmaq mümkündür. Biz elektron hökumət modelindən mobil hökumət modelinə doğru istiqamətlənmişik, bu da o deməkdir ki, mənim hökumətim həmişə mənimlədir” – deyə İ. Kərimov öz çıxışında qeyd edib.

 

Hazırda «ASAN Xidmət» tərəfindən yaxın bir il ərzində bütünlüklə “mobil hökumət” platformasına keçidin perspektivləri nəzərdən keçirilir.

 

Forumun bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi 26 iyun tarixində baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR