Bank Of Baku

“ASAN xidmət” mərkəzlərində “Azərsu” müştəri xidmətlərinə müraciətlərin sayı 25 mini keçib

“ASAN xidmət” mərkəzlərində “Azərsu” müştəri xidmətlərinə müraciətlərin sayı 25 mini keçib
# 21 dekabr 2015 14:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın artırılmasına səbəb olub.

 

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 11 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu”nun xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 15309 müraciət edilib. Müraciətlərin  5357-i qeydiyyatda olan və “Azərsu” abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub.

 

Bununla yanaşı, 1869 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 1048 müraciət smart-sayğacın dəyişdirilməsi ilə əlaqədar yeni kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 1838 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 1837 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 3360 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət (5704) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

 

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından etibarən başlanılıb. Hazırda “Azərsu”nun xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin  Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində “Azərsu”nun müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 25 mini keçib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR