Bank Of Baku

“AvtoVAZ”ın Azərbaycandakı rəsmi distribyutoru: Köhnə modellər bahalaşmayacaq

“AvtoVAZ”ın Azərbaycandakı rəsmi distribyutoru: Köhnə modellər bahalaşmayacaq
# 13 yanvar 2015 13:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rusiyada “Lada” markalı avtomobillərin qiymətinin qalxması Azərbaycanda bu modeldən olan avtonəqliyyat vasitələrinin qiymətinin artmasına təsir etməyəcək.

 

Bunu “APA-Economics”ə “AvtoVAZ”ın Azərbaycandakı rəsmi distribyutoru “Xəzər-Lada” ASC-nin texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib.

 

Onun sözlərinə görə, qiymət artımı yalnız təzə modellərdə müşahidə olunur ki, bu da birbaşa həmin avtonəqliyyat vasitələrinin texniki göstəriciləri ilə əlaqədardır.

 

“Bəzi yeni modellər var ki, onlarda qiymət dəyişikliyi var. Məsələn, kondisionerin, qızdırıcı oturacaqların olması, o cümlədən, avtomobilin rəngi təzə modellərin qiymətinin artmasına səbəb olub. Lakin bu artım çox az miqdardadır. Əslində bu, qiymət artımı deyil. Bütün bu göstəricilər hesablanaraq avtomobilin ilkin qiymətinə əlavə olunub”, - deyə Ş. Şəmsəddinov qeyd edib.

 

Qeyd edək ki, “AvtoVAZ” konserninin prezidenti Bu Anderson Rusiyanın TASS agentliyinə müsahibəsində bildirib ki, bu ölkədə yanvarın 15-dən “Lada” markalı avtomobillərin qiymətini 9% artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR