Bank Of Baku

“Azəravtoyol”: Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub

“Azəravtoyol”: Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub
# 18 iyul 2016 11:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-ə yaxın rayonda yol təsərrüfatına ziyan dəyib.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına daha çox ziyan dəyib.

 

Bundan başqa, intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı–Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb.

 

Dərhal sözügedən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. Bir çox ərazilərdə görülən tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR