Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün “Qaynar xətt” yaradılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-a verdiyi məlumata görə, “Qaynar xətt”in nömrəsi 1822-dir.
Yığım qaydasına gəlincə, “Qaynar xətt” Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün “1822”, bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə “012 1822” yığılmalıdır.