Bank Of Baku

“Azərbaycan Dəmir Yolları” və Asiya İnkişaf Bankı Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasını müzakirə edib - FOTO

“Azərbaycan Dəmir Yolları” və Asiya İnkişaf Bankı Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasını müzakirə edib  - <span style="color: red;">FOTO
# 18 mart 2015 12:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

 

Görüşdə SYSTRA məsləhətçi şirkəti tərəfindən təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayıt dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olunub. C. Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin  yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının zəruriyyətindən danışıb.

 

AİB-in ölkə üzrə direktoru Olly Norojono müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR