Bank Of Baku

“Azərbaycan Dəmir Yolları” Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
# 24 dekabr 2014 08:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə keçəcək.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

 

Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı təyin olunub. Qatar 29 dekabr 2014-cü ildə Bakıdan Tbilisiyə, 3 yanvar 2015-ci ildə Tbilisidən Bakıya yola düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR