Bank Of Baku

“Azercell” yeni abunəçiləri üçün kampaniyaya start verib

“Azercell” yeni abunəçiləri üçün kampaniyaya start verib
# 22 mart 2016 08:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azercell” Telekom Novruz ərəfəsində “SimSim” abunəçilərini daha bir hədiyyə ilə sevindirib.

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, 18 mart tarixindən etibarən “Azercell” öz təklifləri sırasına yeni “3G MiFi modem + 10GB pulsuz internet” kampaniyasını əlavə edir.

 

Sözügedən kampaniya çərçivəsində ilk dəfə “Azercell”ə qoşulma zamanı abunəçiyə 1 ay ərzində 10 GB həcmli internet paketi pulsuz olaraq hədiyyə edilir. Kampaniya paketinin tərkibinə hədiyyəli internetlə yanaşı cihaz – “3G Mobile WiFi” modem və SIM kart da daxildir. Abunəçinin kampaniyaya qoşulması və 10 GB həcmli internetdən yararlanma imkanı, nömrə aktiv edilən andan avtomatik olaraq dərhal təmin edilir. 3G modemləri 21,6 Mb/s-ə qədər internet sürəti təmin edir.

 

Beləliklə, “SimSim” abunəçiləri bundan sonra genişzolaqlı xidmətlər üçün “Azercell”in təklif etdiyi aşağıdakı 3 sərfəli seçimdən faydalana biləcəklər:

 

1. 4G MiFi pulsuz Simsim DATA nömrə + bir aylıq bonus LİMİTSİZ internet paketi cəmi 80 AZN.
 

2. 3G MiFi + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 50 AZN.

 

3. 3G USB Modem + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 20 AZN.

 

Yüksək sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan “Azercell” ötən il ərzində internet paketlərində 55%-dək endirimlər edib. Bununla yanaşı, “Azercell” şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artıb. Hazırda “Azercell”in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox mobil internet istifadə edir.  Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə 2012-ci ildə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR