Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azercell Telekom” MMC-nin “Gənc OL” tarif paketində endirimlər və kampaniyalar davam etməkdədir.
“Azercell Telekom”dan “APA-Economics”ə verilən məlumata görə, indi “Genc OL” tarif paketinə qoşulan abunəçilər daha çox məkanda (restoranlar, mağazalar, fitnes, təhsil, əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.
|
Adı |
Endirim növü |
|
“Byt Shoes” |
30% endirim |
|
“New Balance” |
25% endirim |
|
“Cacharel” |
3 al 2 ödə |
|
“Monica Ricci” |
Qış sezon geyimlərinə 30% endirim |
|
“Enjoyment” |
20% endirim |
|
“US Polo ASSN” |
Gödəkçələrə 30% endirim |
|
“Fried Chicken” |
Səbət menyu cəmi 6.9 AZN (30% endirim) əlavə olaraq 20% endirim bütün sifarişlərə |
|
“Cosy Cafe & Lounge” |
Xüsusi menyu 5 AZN (60% endirimlə) |
|
“Lavazza Espression” |
Xüsusi menyu 5 AZN (45% endirimlə) |
|
“İzmir Express” |
Xüsusi menyu 50%-dək endirimlə |
|
Şahdağ Turizm Mərkəzindən |
50% endirim |
|
FLO |
15% endirim |
|
“Prespectiv” |
20% endirim |
|
“Edem Fitness & Spa” |
30% endirim |
|
“Royal club Fitness & Spa” |
30% endirim |
|
“MegaCity Fitness & Spa” |
30% endirim |
|
“Kristal Fitness & Spa” |
30% endirim |
|
“Sport city Fitness & Spa” |
30% endirim |
|
“Bestel” |
15% endirim |
Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir.
Onu da qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.
“Azercell”in sözügedən paketinə qoşulmaq üçün isə “SimSim” abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. “Gənc OL” tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 manat ödəyib “GəncOL5” tarif paketinə qoşulmaqla hər kəs “Gənc OL” abunəçiləri arasında hər ay 2GB internet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc OL” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abunələrlə ölkədaxili 5 qəpiyə danışacaqlar. “Gənc OL 8” paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.
Qeyd edək ki, “Genc OL” endirimlərinin sayı artmaqda davam edir.