Bank Of Baku

“Azərkosmos” İsrailin “Gilat” şirkəti ilə müqavilə imzalayıb

“Azərkosmos” İsrailin “Gilat” şirkəti ilə müqavilə imzalayıb
# 04 dekabr 2014 07:51 (UTC +04:00)

APA-Economics”in İsrail mətbuatına istinadən verdiyi məlumata görə, sənədə “Azərkosmos” ASC-nin baş direktoru Rəşad Nəbiyev və “Gilat” şirkətinin baş direktoru Erez Antebi imza atıb.

 

Müqaviləyə əsasən, “Azərkosmos” İsrail şirkətinin təqdim etdiyi SkyEdge II-c multimodal platformasından istifadə edəcək.

 

Qeyd edək ki, SkyEdge II-c platforması peyk vasitəsi ilə genişzaloqlı rabitənin yaradılmasına hesablanıb.

 

“Biz şadıq ki, “Azerspace-1” peykinin müştəri bazası Avropa, Afrika, yaxın Şərq, Mərkəzi Asiya və Qafqazı əhatə edir. “Gilat” şirkətinin təqdim etdiyi SkyEdge II-c platformasını yüksək qiymətləndiririk. Bu platformanın köməyi ilə müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmağa nail olacağıq”, - deyə R. Nəbiyev bildirib.

 

E. Antebi isə “Azərkosmos” ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR