Bank Of Baku

“Azərkosmos” və Qazaxıstan şirkəti arasında məsləhətləşmələr aparılıb

“Azərkosmos” və  Qazaxıstan şirkəti arasında məsləhətləşmələr aparılıb
# 20 oktyabr 2015 14:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC-nin Bakı ofisində Qazaxıstanın “Qarış Saparı” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Cəmiyyətdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə şirkət nümayəndəsinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və Azərbaycanın 2017-ci ildə orbitə çıxaracağı ikinci telekommunikasiya peyki haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, “Qarış Saparı” şirkəti Qazaxıstanın dövlət sərəncamına əsasən 2005-ci ildə  kosmik sahənin inkişaf etdirilməsi, bu sahədə kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələrin üçün texniki avadanlıqların  istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyətinə aiddir.

 

İkitərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstan  mütəxəssislərinin birgə layihələrinin  təşkil olunması, Yer səthinin məsafədən müşahidə peyki “Azersky”ın imkanlarından birgə istifadəyə dair müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR