Bank Of Baku

“Azersky” peykindən müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunan seminar keçirilib

“Azersky” peykindən müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunan seminar keçirilib
# 27 may 2015 13:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın “Airbus Defense & Space” şirkəti ilə birgə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunan seminar keçirilib.

 

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, seminarın əsas məqsədi “Azersky” peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.

 

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence & Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.

 

İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirakı edib. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirlərini vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR