Bank Of Baku

“Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət gücləndirilib

“Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət gücləndirilib
# 13 avqust 2015 10:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı Teleqüllə Kompleksində yerləşən “Peyk” mərkəzindən “Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib.

 

“Azerspace-1” peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsi ilə birbaşa nəzarət həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR