Bank Of Baku

“Azərsu” ASC-nin 200-dən çox əməkdaşı qanvermə aksiyasında iştirak edib

“Azərsu” ASC-nin 200-dən çox əməkdaşı qanvermə aksiyasında iştirak edib
# 03 dekabr 2014 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib.

 

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulub, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılıb.

 

B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun  Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə  imkan  verən şəxslər müəyyənləşdirilib.

 

Səhmdar Cəmiyyətin əmək kollektivləri bu aksiyada yüksək təşəbbüs və fəallıq nümayiş etdirib. Ümumilikdə aksiyada “Azərsu” ASC-nin 204 əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırılıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

 

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan həm talassemiyalı, həm də hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR