Bank Of Baku

“Azərsu” Beyləqanın Yeni Xocavənd qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemini yaxşılaşdırır - FOTOSESSİYA

“Azərsu” Beyləqanın Yeni Xocavənd qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemini yaxşılaşdırır - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyun 2015 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirir.

 

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, içməli su çatışmazlığının müşahidə olunduğu Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində həyata keçirilmiş layihənin icrası yekunlaşıb.

 

Layihəyə əsasən Yeni Xocavənd qəsəbəsinə məhsuldar və dayanıqlı mənbə hesabına içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə magistral su xətti çəkilib, 5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232  ünvana birləşmə verilib. Layihə çərçivəsində Yeni Xocavənd qəsəbəsində  kanalizasiya sistemləri də yaradılıb, bu məqsədlə 6200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib.

 

Layihənin icrası nəticəsində qəsəbədə 1200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.  

 

Qeyd edək ki, Yeni Xocavənd qəsəbəsi də daxil olmaqla Beyləqan şəhəri rayonun Əlinəzərli kəndi ərazisində qazılmış 5 ədəd subartezian quyusu  hesabına içməli su ilə təmin olunur. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində və ətraf kəndlərdə 25 mindən çox sakinin su təchizatını əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni  kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.

 

Layihəyə əsasən, quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib. Su mənbəyindən şəhərə qədər 450 mm diametrli polietilen borularla 8,6 km magistral su xətti çəkilib, şəhərdə 91 km içməli su və 89 km kanalizasiya şəbəkəsi  yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR