Bank Of Baku

“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
# 19 mart 2018 11:55 (UTC +04:00)

“Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar “Azərsu” ASC-nin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

 

“Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında  dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri  tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər”,  deyə məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR