Bank Of Baku

“Azərsu” Zaqatala rayonunun üç kəndinin içməli su təchizatını yaxşılaşdırıb - FOTOSESSİYA

“Azərsu” Zaqatala rayonunun üç kəndinin içməli su təchizatını yaxşılaşdırıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 iyun 2015 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurumun həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb.

 

Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusunun istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranmışdı. Bu kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə  Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür.

 

Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı  yaxşılaşdırılıb.

 

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin  gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq layihələrin icrası davam etdirilir. Zaqatala rayonunun Əlibayramlı kəndində  yeni subartezian quyusunun istismara verilməsi nəticəsində Muğanlı, Əlibayramlı və Üçüncü Tala kəndlərinin içməli su təchizatı daha da yaxşılaşacaq. Layihə çərçivəsində Əlibayramlı kəndindəki  bulaq da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib”.

 

“Azərsu” hazırda Zaqatala şəhəri ilə yanaşı,  rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR