Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsun Holdinq” bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına sponsor qismində çıxış edəcək.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə şirkətin baş direktoru Savaş Uzan bildirib.
Onun sözlərinə görə, artıq gələn həftənin ikinci günü “Azərsun Holdinq” I Avropa Oyunları ilə bağlı sponsorluq müqaviləsi imzalayacaq: “Şirkət iki markasını I Avropa Oyunlarında təmsil edəcək. “Azərsun Holdinq” “Azərçay” və “Bazarstore” brendləri ilə olimpiada da çıxış edəcək”.
S. Uzan bildirib ki, müqavilənin “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən imzalanacağı gözlənilir.