Bank Of Baku

“Azəryolservis”: Binəqədidə kanalizasiya kollektorlarının üzərində tikilən qanunsuz evlər yol infrastrukturuna ziyan vurur

“Azəryolservis”: Binəqədidə kanalizasiya kollektorlarının üzərində tikilən qanunsuz evlər yol infrastrukturuna ziyan vurur
# 25 dekabr 2015 11:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Baksol küçəsi 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır. Səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır”.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.

 

Məlumata görə, bir-neçə gün bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib: “Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur. Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib”.

 

Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR