Bank Of Baku

“Azəryolservis”: Qələbə dairəsində aparılan işlər bu ay başa çatacaq - FOTO

“Azəryolservis”: Qələbə dairəsində aparılan işlər bu ay başa çatacaq - <span style="color: red;">FOTO
# 18 mart 2015 08:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır.

 

Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

 

Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək.

 

İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR