Bank Of Baku

“Azəryolservis”in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Məmmədova həvalə olunub - FOTO

“Azəryolservis”in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Məmmədova həvalə olunub - <span style="color: red;">FOTO
# 12 fevral 2015 11:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəryolservis” ASC-in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müvafiq əmr nəqliyyat naziri Ziya Məmmədov tərəfindən imzalanıb.

 

Qeyd edək ki, S. Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun İnşaat fakultəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vurub inşaat-mühəndis ixtisasına yiyələnib.

 

Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib.

 

1982-1993-cü illərdə “Yol Təmir Tikinti” Baş idarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illərdə 3 saylı Yol Tikinti İdarəsində rəis, 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları idarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.

 

Saleh Məmmədovun səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2010-ci ildə Tərəqqi medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR