Bank Of Baku

“Bakcell” “Ulduzum” mobil sadiqlik proqramının üzvləri üçün applikasiya təqdim edib

“Bakcell” “Ulduzum” mobil sadiqlik proqramının üzvləri üçün applikasiya təqdim edib
# 29 may 2015 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının üzvləri üçün xüsusi mobil applikasiya təqdim edib.

 

“Bakcell”dən “APA-Economics”ə verilən xəbərə görə görə, bu pulsuz proqram sayəsində “Bakcell” abunəçiləri 120-dən çox “Ulduzum” tərəfdaşı tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən  daha asan yolla faydalana biləcəklər.

 

“Ulduzum” abunəçiləri mobil applikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan “Ulduzum” tərəfdaşı haqqında məlumat ala, “Ulduzum” endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və  digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər.

 

Android əməliyyat sistemli mobil cihazlara “Ulduzum” applikasiyasını https://goo.gl/pOci5l , IOS əməliyyat sistemli cihazlara  https://goo.gl/KZKuta linkindən yükləmək olar.

 

Abunəçilərinin sayı 1 milyondan artıq olan “Ulduzum” sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR