Bank Of Baku

“Bakcell” "Cin” abunəçilərinə balanslarını ikiqat artırmaq imkanı yaradır

“Bakcell” "Cin” abunəçilərinə balanslarını ikiqat artırmaq imkanı yaradır
# 02 fevral 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti növbəti “İkiqat Balans” kampaniyasına start verir.

 

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən başlayan bu kampaniya çərçivəsində bütün “Cin” abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

 

Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

 

“Bu “Bakcell” abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həlldir”, deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

 

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS yollanılması üçün istifadə edilə bilər. *100#YES kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər.Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR