Bakı. Vüsal Nəbiyev - APA-Economics. Mayın 4-dən etibarən “Bakcell”in “Pul köçürmə” xidməti üzrə yeni qiymətlər tətbiq olunacaq.
Bu barədə "APA-Economics”ə şirkətdən məlumat verilib.
Məlumata görə, yeni qiymətlərə əsasən bir ay ərzində ilk 5 göndərişlərin qiyməti hər bir göndəriş üçün 2 qəpik, 6-10-cu göndərişlərin qiyməti hər bir göndəriş üçün 11 qəpik təşkil edəcək.