Bank Of Baku

“Dreamland”də beynəlxalq qolf turniri keçirilib

“Dreamland”də beynəlxalq qolf turniri keçirilib
# 31 may 2016 16:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Dremland Qolf Klubu”nda beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan “Dünya Qolf Kuboku 2016” keçirilib.

 

APA-Economics”in məlumatına görə, “Türk Hava Yolları”nın təşkil etdiyi turnirdə 80 həvəskar qolfçu iştirak edib. Bununla da, beynəlxalq standartlara cavab verən “Dreamland Qolf Klubu” ilk dəfə olaraq beynəlxalq səviyyəli iri çaplı qolf turnirinə ev sahibliyi edib.

 

Dünya standartlarına uyğun olaraq səhər yeməyindən sonra turnir iştirakçıları “Dreamland” Qolf Akademiyasına yollanıblar. İştirakçılar burada oyuna hazırlıq, komanda brifinqlərindən sonra qolf sahəsində güclərini sınayıb. Turnirin qonaqları üçün isə Qolf Akademiyasında xüsusi olaraq qolf təlimləri verilib.

 

Həvəskar dünya kubokunun qalibi 44 xalla “Dreamland” Qolf Klubunun üzvü Martin Dokerti olub. Bu qalibiyyətlə o, cari ilin oktyabr, noyabr aylarında Antalyada keçiriləcək Beynəlxalq Qolf Turinində iştirak etmək şansı əldə edib.

 

Qeyd edək ki, turnirin ilk seçmə mərhələləri Darüssalam, Mumbay, Dohada baş tutub. 2016-cı ilin oyunları isə Honkonq, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, ABŞ, İtaliya, Fransa, Türkiyə kimi ölkələrdə keçirilib. Azərbaycan da “Dremland” Qolf Klubu ilə  bu ölkələrin siyahısında yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR