Bank Of Baku

“Elektron hökumət” portalında “Media” bölməsi yaradılıb

“Elektron hökumət” portalında “Media” bölməsi yaradılıb
# 04 fevral 2015 13:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Elektron hökumət” portalında (www.e-gov.az) “Media” bölməsi yaradılıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bölmə tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, eləcə də xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə məlumat əldə etmək istəyən istifadəçilər və media mənsubları üçün istifadəyə verilib.

 

Media bölməsinin tərkibində “Press-relizlər”, “Elanlar”, “Xəbərlər”, “Müsahibələr və süjetlər”, “Keçirilmiş müsabiqələr”, “Fotoqalereya” və “Elektron hökumət KİV-də” alt bölmələri təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR