Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gündən etibarən isə "Elektron hökumət" portalı üzərindən daha bir servis vətəndaşlara təqdim olunur.
Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, "Onlayn konsultasiya" adlanan bu xidmət vasitəsilə vətəndaşların portala müraciəti zamanı yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapacaq. Bu servis - vətəndaşların irad, təklif və şikayətlərinin dərhal qeydə alınaraq, operativ tədbirlər görülməsi üçün mükəmməl vasitədir.
"Onlayn konsultasiya” xidmətinə daxil olaraq vətəndaş ad, soyadını, elektron poçt ünvanını qeyd etməli, sual və ya təkliflərin cavablanması üçün müvafiq istiqaməti seçməli, daha sonra, müraciətini ətraflı şərh etməlidir.
Qeyd edək ki, “Onlayn konsultasiya” xidməti yalnız iş vaxtı xidmət göstərir.