Gəncə. Azər Məmmədli - APA. Fəaliyyətini dayandıran “Gəncə Gil-Torpaq” İstehsalat Birliyi yenidən işə düşəcək.
APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən ilin yekunlarına həsr edilən toplantıda bildirib.
Onun sözlərinə görə bir müddət əvvəl müəssisə fəaliyyətini dayandırdığından orada çalışanlar öz hesablarına məzuniyyətə göndərilib: “Hazıra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır. Yaxın vaxtlarda müəssisə işə düşəcək və məzuniyyətə göndərilən işçilər yenidən fəaliyyətə başlayacaqlar”.
Qeyd edək ki, “Gəncə Gil-Torpaq” İstehsalat Birliyi fəaliyyətə başlayarsa, müəssisədə 2 min nəfər işləyə bilər.