Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edib.
“Bakcell”dən “APA-Economics”ə verilən xəbərə görə, “Bayıl Arena” stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib.
Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün avqustun 26-sı, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə avqustun 29-da keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı cədvəldə qeyd olunub:
|
|
Ad, Soyad |
Təvəllüd |
|
1 |
Raul Məmmədov |
2004 |
|
2 |
Əli Abbasov |
2004 |
|
3 |
Riad Qəhrəmanov |
2005 |
|
4 |
Murad Rüstəmov |
2005 |
|
5 |
Nəbi Hacıyev |
2005 |
|
6 |
Cozef Hickman |
2005 |
|
7 |
Hacıəli Şirəliyev |
2005 |
|
8 |
Nihat Əhmədzadə |
2006 |
|
9 |
Liam Erik Brown |
2006 |
|
10 |
Əli Əhmədov |
2008 |
|
11 |
İsa Hüseynov |
2007 |
|
12 |
Murad Məmmədov |
2007 |
|
13 |
Nihad Şahhüseynli |
2008 |
Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.
Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.