Bank Of Baku

“Nar Mobile” yeni kampaniyaya imza atıb

“Nar Mobile” yeni kampaniyaya imza atıb
# 05 dekabr 2014 11:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) mobil operatoru istifadəçilərə mobil telefonlarını yeniləmək üçün mükəmməl bir fürsət verib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 1-31 dekabr tarixləri arasında “Irshad Electronics” mağazalar şəbəkəsinə müraciət edərək istənilən smartfonu ilkin ödənişsiz alan hər bir kəs “Nar Mobile” mobil operatorundan bonuslar qazanacaq. Qeyd edək ki, “Nar” nömrədən əlavə olaraq, hədiyyə paketinə alınmış smartfonun qiymətinin 50%-dən artıq bir hissəsi dəyərində şəbəkədaxili danışıq dəqiqələri və həmin smartfonun qiymətindən asılı olmaqla 250 Mb-dək İnternet daxildir.

 

Kampaniya çərçivəsindəki bonuslar yalnız “0” tarifi daxilində aktivdir və 6 ay ərzində verilir. Eyni zamanda, səsli zənglər “0” tarifinə əsasən hesablanacaq. Bonusların aktiv olması üçün balans hər ay ən azı 5 manat dəyərində artırılmalıdır. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya “I” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR