Bank Of Baku

“Nar Mobile” yeni kampaniyaya start verib

“Nar Mobile” yeni kampaniyaya start verib
# 21 yanvar 2015 11:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) öz tərəfdaşı olan “Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya start verib. 15 yanvar 2015-ci ildən etibarən “Irshad Electronics” mağazalarından “Nar” Sim-kartı ilə təmin edilmiş “FLY Tornado Slim” smartfonu alan hər bir kəs xüsusi güzəştlərdən yararlanır.

 

Azərfon-dan “APA-Economics”ə verilən məlumata görə, istifadəçilər “Nar” nömrəsi ilə bərabər aldıqları smartfonun qiymətinin yarıdan çoxunu bonus şəklində geri qazanırlar. Bu məbləğ altı ay boyunca hissə-hissə abunəçinin balansına yüklənir (200 AZN dəyərindəki bonus hər ay 33,33 AZN olmaqla 6 ay ərzində abunəçiyə təqdim edilir).

 

Bundan başqa, abunəçilər aylıq 250 Mb həcmində İnternet-bonus da əldə edirlər. Bütün bonusları aktivləşdirmək üçün hər ay balansı ən az 5 AZN dəyərində artırmaq kifayət edir.     

 

Daha ətraflı məlumatı bizim “Facebook” səhifəmizdən əldə edə bilərsiniz:

https://www.facebook.com/narmobile?ref=br_tf

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR