Bank Of Baku

Ərdoğanın qardaşının və oğlunun ortaq şirkəti “Şövkət Ələkbərova” tankerini satın alıb

Ərdoğanın qardaşının və oğlunun ortaq şirkəti “Şövkət Ələkbərova” tankerini satın alıb
# 17 fevral 2015 09:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın qardaşının və oğlunun ortaq təsis etdiyi “BMZ Group” dənizçilik şirkəti “Palmali” şirkətinin “Armada” sinifli “Şövkət Ələkbərova” neft tankerini satın alıb.

 

APA-nın Türkiyənin “Denizhaber” portalına istinadən məlumatına görə, tanker “Palmali”dən 18 milyon ABŞ dollarına satın alınıb.

 

“Şövkət Ələkbərova” tankeri 140 metr uzunluğa və 7100 ton yükdaşıma qabiliyyətinə malikdir. Tanker “Palmali” üçün 2014-cü ildə inşa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR