Bank Of Baku

“Şəhriyar-99” firmasında məhsul istehsalı qadağan edilib

“Şəhriyar-99” firmasında məhsul istehsalı qadağan edilib
# 29 iyul 2015 08:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən polad əritmə və tökmə, 6 və 8 millimetrlik polad yuvarlaq, çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri istehsalı ilə məşğul olan “Şəhriyar-99” firmasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, firmanın istehsal sahəsi 6 və 8 mm.lik  polad yuvarlaq (katinka) istehsalı üçün nəzərdə tutulub. Lakin, müəssisədə çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri də istehsal olunub. Sözügedən məhsullar uyğunluq sertifikatı olmadan istehsal edilib ki, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin tələbi pozulub. Həmçinin, polad yuvarlaqları istehsal edən dəzgahların ehtiyat hissələrinin hazırlanmasında istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Bununla da, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasını Qanununun tələbləri pozulub.

 

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və məhsulların istehsalına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR