Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bakcell” şirkəti “Ulduzum” abunəçiləri üçün “Park Cinema” kassalarında 1 bilet alın və hər ikinci bileti pulsuz əldə edin” adlı yeni kampaniyaya start verib.
Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, “Bakcell” abunəçiləri “Ulduzum”la “Park Cinema” kassalarından və yaxud saytından (onlayn) 1 bilet alıb və hər ikinci bileti pulsuz əldə edərək istədikləri filmi istənilən adamla izləyə bilərlər. Biletləri yalnız hər həftənin cümə axşamı günü almaq olar.
Abunəçilər öz “Bakcell” nömrələrindən “1” yazıb “5555” qısa nömrəsinə SMS göndərərək “Ulduzum” proqramına qoşula bilərlər. “Ulduzum” proqramından faydalanmaq üçün abunəçilər *5555#YES yığmalı və ya “*” yazaraq 5555-ə SMS göndərməli və 4 rəqəmli şifrəni əldə etməlidirlər. SMS-in qiyməti 3 qəpikdir. Abunəçilər hər həftənin cümə axşamı günü “Park Cinema”da nümayiş olunan istənilən filmi izləmək üçün 4 rəqəmli şifrəni təqdim etdikdə hər ikinci bileti pulsuz əldə edəcəklər.
Daha ətraflı məlumat əldə etmək üçün 770 yazıb 5555-ə pulsuz SMS göndərin. Kampaniya Metroparkda “Ailə tarifi” ilə bilet əldə edərkən və VİP zallar üçün
keçərli deyil.
1,7 mln. nəfərdən çox abunəçisi ilə “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli
güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və “Ulduzum” proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil applikasiya vasitəsilə “Bakcell” abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.