Bank Of Baku

"Azərbaycan Dəmir Yolları" Rusiyadan 50 yük vaqonu alıb - FOTO

"Azərbaycan Dəmir Yolları" Rusiyadan 50 yük vaqonu alıb - <span style="color: red;">FOTO
# 25 aprel 2015 11:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası tərəfindən göndərilən 50 yarımvaqon tipli yük vaqonu Azərbaycana gətirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə yük vaqonlarının alınması vəziyyətini araşdırılıb və danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınıb.

 

C. Qurbanov bu gün Azərbaycana gətirilən yeni  vaqonlara baxış  keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR