Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ötən ili 21 mln. 776,585 min manat həcmində zərərlə başa vurub.
"APA-Economics" xəbər verir ki, 2014-cü ildə şirkətin zərəri 19 mln. 812,152 min manat olub.
Hesabat dövründə şirkətin əməliyyat gəliri 56 mln. 799,047 min manat olub ki, bu göstərici il ərzində 2,05 dəfə artıb. Buna baxmayaraq, satışların maya dəyəri 3,8 dəfə azalaraq 26 mln. 616,368 min manat olub. Şirkətin gəlirləri 2015-ci ildə 3,9 dəfə azalaraq 39 mln. 141,718 min manata çatıb.
Maraqlıdır ki, ötən il şirkətin inzibati xərcləri 50,6% azalaraq 12 mln. 383,242 min manat olub.
Korporasiya aktivlərini 7,2% artıraraq 755 mln. 511,6 min manata çatdırıb.
Cari ilin yanvarın 1-ə "Akkord"un öhdəlikləri 5,3% artaraq 580 mln. 222,366 min manat təşkil edib.
Korporasiyasının nizamnamə kapitalı dəyişməyərək 74 mln. 112,5 min manat səviyyəsində qalıb.