Bakı - APA-Economics. Cari ildə Rusiyanın “AvtoVaz” şirkəti ötən ilə nisbətən Azərbaycana ixrac olunan avtomobillərin sayını 2 dəfə artıraraq 4 minə çatdıracaq.
“APA-Economics”in məlumatına görə, bunu Rusiyanın RBK agentliyinə müsahibəsində şirkətin prezidenti Bu Anderson bildirib.
Onun sözlərinə görə, hazırda 70 min avtomobilin ixracı ilə bağlı müqavilələr imzalanıb.
B. Anderson əlavə edib ki, bu il “AvtoVAZ” Azərbaycana 4 minə yaxın avtomobil ixrac etmək niyyətindədir.