Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycan Hava Yolları” (AzAL) Bakı-Berlin-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiya keçirir.
Bu barədə “APA-Economics”ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı-Berlin-Bakı (Berlin – Bakı - Berlin) reysi сəmi 399 avro olmaqla 1 iyuldan 15 avqust tarixinə kimi qüvvədədir.
Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Maksimal qalma müddəti bir aydır. Biletin qiymətinə yığımlar və rüsumlar daxildir.